“Elm dünyası” jurnalı

Hazırda dünyanın inkişaf etmiş ölkələrində 10-larla elmi kütləvi jurnallar dərc olunur. Təcrübə göstərir ki, bu, cəmiyyətin elmə marağını zaman-zaman artırıb. İndiki vəziyyətdə Azərbaycanda da müasir cəmiyyətin tələblərinə cavab verəcək mükəmməl elmi kütləvi nəşrlərə böyük ehtiyac duyulur. Bu baxımdan yeni yaradılmış “Elm dünyası” jurnalını Beynəlxalq səviyyəyə cavab verən dərgi hesab etmək olar.

Jurnalda:

Dünyanın böyük alimlərinin elmi əsərlərinin təbliğinə, onlarla müsahibələrə, onların müxtəlif mövzularda dialoqlarına;
Azərbaycanın görkəmli alimlərinin elmi əsərlərinin nəticələrinin işıqlandırılması, onların təbliğinə;
Tarix və müasirlik baxımında elmi nəticələrin həyat və cəmiyyətin inkişafı ilə əlaqələndirilməsinə;
Gənc alimlərin apardığı elmi işlərin nəticələrinin təbliği və onlarla geniş müsahibələrə;
Gənclərin elmə və təhsilə motivasiyasını güclənməsinə xidmət edən elmi işlərin təbliğinə geniş yer veiləcəkdir.

Jurnalın qarşıya qoyduğu əsas məqsədlərdən biri elmin bütün dünyada artıq ənənə halını almış populyarlaşıdırılmasına töhvə verməkdir. Bu faktor geniş oxucu kütləsi üçün olduqca əhəmiyyətli bir işdir. Bütün bunlarla yanaşı jurnalın hər nömrəsi çapa hazırlanarkən bütün elm sahələrindən maraqlı məqalələr, alimlərimizdən müsahibələr, elmin tarixi və indiki durumu haqqında maraqlı yazıların çapı dəstəklənəcəkdir.


“Elm dünyası ”jurnalının hər nömrəsinin həcmi 80-100 səhifə olmaqla ildə 6 dəfə çap olunması nəzərdə tutulur. Jurnalda müasir elmi tələblərə cavab verən 10 rubrika nəzərdə tutulur.